İçeriğe geçmek için "Enter"a basın

Rusiyada orta məktəbdə 100-dən çox uşaqda rinovirus aşkarlandı

10-09-2020

[r32]
xeber –

Rusiyanın Novqorod əyalətində A.İ.Qorev adına orta ümumtəhsil məktəbinin yüzdən çox şagirdi xəstələnib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Koronavirusun yayılmasının qarşısının alınması üzrə regional Operativ Qərargahın nümayəndələrinin bildirdiyinə görə, onlarda rinovirus aşkar edilib.

Qeyd edilir ki, məktəblilərdən və təhsil müəssisəsinin işçilərindən alınan materialların tədqiqatının ilkin nəticələri əldə edilib. Bağırsaq infeksiyasının mövcudluğuna dair şübhələrin olduğu xəstələrdə polimeraz zəncir reaksiyası ilə DNT müəyyənləşdirilib. Materiallar hazırda bakterioloji laboratoriyada təsdiqlənir və müəyyənləşdirilir.


mənbə :
Report.az

Rusiyada orta mektebde 100-den cox usaqda rinovirus askarlandi