İçeriğe geçmek için "Enter"a basın

Avropa Liqası: Koronavirus aşkarlanan komanda mübarizəni dayandırdı

09-09-2020

[r32]
xeber –

Bu gün UEFA Avropa Liqasında I tənifat mərhələsindən təxirə salınmış oyun keçirilib.

“Report”un məlumatına görə, İsrailin “Makkabi” (Hayfa) klubu öz meydanında Bosniya və Herseqovina “Jelezniçar”ını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hayfa təmsilçisinin heyətində qolları Tyaronn Şeri (34-cü dəqiqə), Nikita Rukavitsa (59) və Yuval Aşkenazi (66) vurublar. Qonaqların yeganə qolunun müəllifi isə 34-cü dəqiqədə İvan Lendriç olub.

Bu qələbədən sonra II təsnifat mərhələsinə vəsiqə qazanan “Makkabi” bu raundda Qazaxıstan “Kayrat”ı ilə qarşılaşacaq.

Qeyd edək ki, “Makkabi” – “Jelezniçar” matçı qonaq komandanın 11 üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınmışdı.


mənbə :
Report.az

Avropa Liqasi: Koronavirus askarlanan komanda mubarizeni dayandirdi