İçeriğe geçmek için "Enter"a basın

Bakıda ağacların dibi betondan təmizləndi

09-09-2020

[r32]
xeber –

Sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, acağların dibi betondan təmizlənmiş, ağaclara su verilmiş və ərazi nəzarətə götürülüb. 



mənbə :
Report.az

Bakida agaclarin dibi betondan temizlendi