İçeriğe geçmek için "Enter"a basın

Lənkəranda ağır yol qəzası: Bir nəfər ölüb, dörd nəfər yaralanıb

09-09-2020

[r32]
xeber –

Lənkəran rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə Girdəni kəndində qeydə alınıb.

Belə ki, qəza zamanı İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi “Ford” markalı yük avtomobili toqquşub.

Nəticədə “VAZ-2107″in sürücüsü və sərnişinləri ağır yaralanıb.

Qəzada ağır yaralanan 1979-cu il təvəllüdlü Mahir Əhmədov xəstəxanaya aparılan zaman yolda keçinib.

Onun anası, 1947-ci il təvəllüdlü Güldərən Əhmədova və oğlu 2014-cü il təvəllüdlü Hüseyn Əhmədzadə ağır yaralanıb. Eləcə də 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 1986-cı il təvəllüdlü Mais Kəlbiyev ağır xəsarətlər alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Lenkeranda agir yol qezasi: Bir nefer olub, dord nefer yaralanib