İçeriğe geçmek için "Enter"a basın

Ştuxlik azərbaycanlı hakimlərdən FİFA fitnes testi götürdü

08-09-2020

[r32]
xeber –

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər FİFA fitnes testi veriblər.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oyunlara dördüncü hakim kimi təyinat alan referilərin də qatıldığı testləri Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev götürüb.

Test iki hissədən ibarətdir:

Test-1 (təkrar sprint bacarığı): maksimum 6 x 40 m. 6.0 saniyə
Test-2 (məsafə testi): 75 m / 25 m (15 san / 18 saniyə) – 10 dövr
 
Qeyd edək ki, sabah Premyer Liqaya təyinat alan köməkçi hakimlər aşağıdakı normativlər üzrə test verəcəklər:

Test-1 (CODA),

Test-2 (təkrar sprint bacarığı)
Test-3 (Məsafə testi)


mənbə :
Report.az

Stuxlik azerbaycanli hakimlerden FİFA fitnes testi goturdu