[r32]
xeber –
AFFA “Aşağı yaş qrupları üzrə futbolçuların 6 həftəlik hazırlıq planı” adlı vebinar təşkil edəcək.
“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də, saat 13:00-da AFFA-nın fitnes və kondisiya layihəsinin rəhbəri Vladimir Mrdakoviç tərəfindən keçiriləcək vebinarda aşağıda qeyd olunan mövzularla bağlı təqdimat olacaq:
– Postpandemiya dövründə məşqlərdə zədələrdən qorunma
– Dözümlülük məşqləri
– Fiziki və funksional dəyişikli spesifik futbol məşqləri
– Sürət və çeviklilik məşqləri
– Güc məşqləri
– Gənc oyunçuların meydandakı performansının dəyərləndirilməsi
– Kiçik oyunlar ilə məşqin zamanının bölünməsi
Vebinarda aşağı yaş qrupları üzrə klubların məşqçiləri iştirak edə bilərlər.
mənbə :
Report.az