[r32]
xeber –
İspaniya Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək,
Federasiya koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümü üçün nəzərdə tutulan qaydanı yeni futbol ilində də qüvvədə saxlayıb.
Klubların iştirak ərizəsində isə maksimum 23 futbolçunun adı yer alacaq.
Qeyd edək ki, daha əvvək İngiltərə Premyer Liqasında 5 əvəzetmə qaydasının ləğv olunduğu bildirilib.
mənbə :
Report.az