İçeriğe geçmek için "Enter"a basın

Qobustanda qəza olub, yaralanan var

08-09-2020

[r32]
xeber –

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.

“VAZ 2107” və “Renault” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən “Renault” aşıb. Hadisə zamanı Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Hüseynov İlkin Vurğun oğlu xəsarət alıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


mənbə :
Report.az

Qobustanda qeza olub, yaralanan var