İçeriğe geçmek için "Enter"a basın

Rusiyada daha 122 nəfər koronavirusdan ölüb

08-09-2020

[r32]
xeber –

Rusiyada son bir gündə daha 5 099 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 035 789 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 122 nəfər artaraq 17 993-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 850 049 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 695 nəfər.


mənbə :
Report.az

Rusiyada daha 122 nefer koronavirusdan olub