[r32]
xeber –
Belçika yığmasının futbolçusu Brendon Mexelenin koronavirus testi müsbət nəticə verib.
“Report”un məlumatına görə, bu barədə millinin “Twitter”dəki səhifəsində bildirilir.
Məlumata görə, o komandanı tərk edib.
Mexelenin 27 yaşı var. O “Brügge” klubunda çıxış edir.
UEFA Millətlər Liqasının A liqasının matçında Belçika yığması İslandiya komandası ilə oynayacaq.
mənbə :
Report.az