[r32]
xeber –
“Biz əvvəlki oyunda Lüksemburqa uduzduq. İstəyirik ki, sabah yaxşı çıxış edib vəziyyəti dəyişək. Oyuna ciddi yanaşırıq”.
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının II turunda qarşılaşacaqları Kipr seçməsi ilə səfər oyunu öncəsi mətbuat konfransında deyib.
O, bildirib ki, sabah havanın isti olması ciddi problem yaratmayacaq: “Düzdür, müəyyən çətinliklər ola bilər. Amma sabah komandamdan yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
64 yaşlı mütəxəssisin sözlərinə görə, komanda vaxt keçdikcə inkişaf edəcək: “Çünki yaxşı oyunçularımız var. Futbolçularıma inanıram”.
mənbə :
Report.az