İçeriğe geçmek için "Enter"a basın

"Neftçi" klubu media şirkəti yaratdı

07-09-2020

[r32]
xeber –

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Neftçi Media” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Neftçi” Peşəkar Futbol Klubu” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 64-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə “Neftçi”nin Media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Əbülfət oğlu Allahverdiyevdir.

Qeyd edək ki, yeni yaradılmış “Neftçi” TV “Neftçi Media”nın tərkibində fəaliyyət göstərir. 


mənbə :
Report.az

"Neftci" klubu media sirketi yaratdi