[r32]
xeber –
Göygöl rayonunda iki avtomobil toqquşub, onlardan biri alışıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.
Belə ki, “Niva” və “VAZ-2102” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az