İçeriğe geçmek için "Enter"a basın

Qubanın kəndində yaşayış evi yaxınlığında ot tayaları yanır 

07-09-2020

[r32]
xeber –

Qubanın ucqar Muçu kəndində yanğın hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kənddə ot tayaları yanır. 
Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib. Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. 
Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır. 


mənbə :
Report.az

Qubanin kendinde yasayis evi yaxinliginda ot tayalari yanir