İçeriğe geçmek için "Enter"a basın

Xaçmazda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

06-09-2020

[r32]
xeber –

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.

Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu “Mercedes” markalı avtomobil vurub. S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Xacmazda vezifeli sexsin oglu yol qezasi toretdi, olen var