İçeriğe geçmek için "Enter"a basın

Millimizin baş məşqçisi: "Bu oyun bizim üçün vacib sınaq idi"

05-09-2020

[r32]
xeber –

“Oyuna yaxşı başlaya bilmədik. Topla davranışda problemlər oldu. Bu, psixologiya ilə bağlı ola bilər. Özümüzə gələndə qırmızı vərəqə aldıq və matçın böyük hissəsini azlıqda keçirdik. Mövsümün əvvəlidir. Yorğunluq görünürdü. İkinci hissədə adi qollar buraxdıq.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canini De Byazi UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Lüksemburq güclü komandadır: “Yaxşı futbolçuları var. Bizim üçün vacib test idi. Düşünmürəm ki, 1 oyunla hansısa qərar vermək olar. Oynayan futbolçulara təşəkkürümü bildirirəm. 10 nəfərlə oynamaq çətin idi. Hətta qol da vurduq. İndi inkişaf etməliyik”.

64 yaşlı baş məşqçinin sözlərinə görə, millinin oyununda pozitiv məqamlar da görüb: “10 nəfərlə qaldıqdan sonra hücuma çıxdıq, qol vurduq. İkinci hissədə daha yaxşı oyun gözləyirdim. Amma avtoqol və penalti işimizi çətinləşdirdi”.

De Byazi Millətlər Liqasına ciddi yanaşdıqlarını deyib: “Hər bir turnirdən maksimum istifadə etməliyik ki, daha da güclü olaq. Bu gün yaxşı komandaya qarşı oynadıq. Futbolçular geriyə çox pas verdilər. Bunu onlardan istəməmişdim”.


mənbə :
Report.az

Millimizin bas mesqcisi: "Bu oyun bizim ucun vacib sinaq idi"