İçeriğe geçmek için "Enter"a basın

Millimiz 2-ci qolu buraxdı

05-09-2020

[r32]
xeber –

UEFA Millətlər Liqasının I turunun Azərbaycan – Lüksemburq oyununda 3-cü qol vurulub.

“Report”un məlumatına görə, 72-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən qonaqların oyunçusu Gerson Rodriges komandasını hesabda önə çıxarıb.

21:10

UEFA Millətlər Liqasının I turunun Azərbaycan – Lüksemburq oyununda hesab dəyişib.
“Report”un məlumatına görə, qonaqlar 48-ci dəqiqədə tarazlığı bərpa ediblər.
Anton Krivotsyuk avtoqol müəllifi olub.

21:01

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq matçının ikinci hissəsi başlayıb.

“Report” xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının hesabda 1:0 üstünlüyü ilə yekunlaşıb. 

Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:50

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq matçının birinci hissəsi başa çatıb.

“Report” xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının üstünlüyü ilə yekunlaşıb. 

Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:48

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq matçında ilk qol vurulub.
“Report”un məlumatına görə, yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:01

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.
C liqasının I qrupunun digər matçında isə Kipr və Monteneqro yığmaları üz-üzə gəlirlər.



mənbə :
Report.az

Millimiz 2-ci qolu buraxdi