İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda daha 161 yoluxma qeydə alınıb, 146 nəfər sağalıb

05-09-2020

[r32]
xeber –

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2 082 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 179, bu günə qədər isə ümumilikdə 956 492 test icra olunub.


mənbə :
Report.az

Azerbaycanda daha 161 yoluxma qeyde alinib, 146 nefer sagalib