[r32]
xeber –
UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya – Şotlandiya oyunu baş tutmayacaq.
“Report”un məlumatına görə, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman yerli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yığmanın heyətində koronavirusa 2 yoluxma halı qeydə alındığından komandanın sözügedən matçda iştirak etməməsinə qərar verilib.
Qeyd edək ki, görüş sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi. Çexiya ilk turda səfərdə Slovakiyanın 3:1 hesabı ilə məğlub edib.
mənbə :
Report.az