İçeriğe geçmek için "Enter"a basın

Sabunçuda qardaşlardan narkotik götürüldü

05-09-2020

[r32]
xeber –

Bakıda iki qardaşda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 234-cü (qanunsuz narkotik) maddələri ilə məhkum olunmuş Murad Quliyevdən 0,565 qram heroin, onun qardaşı 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tərlandan isə 0,710 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Sabuncuda qardaslardan narkotik goturuldu