İçeriğe geçmek için "Enter"a basın

"Neftçi"nin rəqibi Superliqanın debütantı ilə bacarmadı

03-09-2020

[r32]
xeber –

“Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə “Qalatasaray”ı yoxlama oyunu keçirib.

“Report”un məlumatına görə, “sarı-qırmızılılar” Superliqanın debütantı “Hatayspor”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Yeni transfer Arda Turan İstanbul klubunu önə çıxarıb. İkinci hissədə isə rəqib hesabı bərabərləşdirib. Beləliklə, oyun heç-heçə başa çatıb.

“Qalatasaray” bundan əvvəlki yoxlama matçında aşağı liqa təmsilçisi “Ümraniyespor”u 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.


mənbə :
Report.az

"Neftci"nin reqibi Superliqanin debutanti ile bacarmadi