İçeriğe geçmek için "Enter"a basın

Gədəbəydə 2 avtomobil toqquşdu, xəsarət alanlar var

02-09-2020

[r32]
xeber –

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Arıqdam-Gədəbəy şəhər magistral yolunda qeydə alınıb.

“VAZ-2107” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər, Gədəbəy rayon sakinləri – 1989-cü il təvəllüdlü Əliyev Elnur Yunis oğlu, 1977-ci il təvəllüdlü Şahnaz Məhəmməd qızı Əsədova, 1996-cı il təvəllüdlü Nurlan İsa oğlu İmamquliyev və Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Samir Fikrət oğlu Tanrıverdiyev müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasına aparılıb və tibbi yardım göstərilib.

Qəzanın başvermə səbəbi araşdırılır.


mənbə :
Report.az

Gedebeyde 2 avtomobil toqqusdu, xesaret alanlar var