İçeriğe geçmek için "Enter"a basın

Rusiyada daha 120 nəfər pandemiyanın qurbanı oldu

25-08-2020

[r32]
xeber –

Rusiyada son bir gündə daha 4 696 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 966 189 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 120 nəfər artaraq 16 568-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 779 747 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 681 nəfər.


mənbə :
Report.az

Rusiyada daha 120 nefer pandemiyanin qurbani oldu