İçeriğe geçmek için "Enter"a basın

"Çelsi" PSJ-dən ayrılan futbolçu ilə müqavilə imzalayır

24-08-2020

[r32]
xeber –

Fransa PSJ-si ilə müqaviləsi başa çatandan sonra azad agent statuslu futbolçu olan Tyaqo Silvanın yeni komandası müəyyənləşib. 

“Report” ESPN nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı braziliyalı müdafiəçi İngiltərənin “Çelsi” klubu ilə 2 illik müqavilə imzalayacaq. O, Avropada daha 3-4 il oynamaq niyyətindədir. 

Silva Lissabondan Parisə qayıdan kimi London təmsilçisinin baş məşqçisi Frenk Lempardla danışacaq. 

Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir. Paris təmsilçisi ötən gün Çempionlar Liqasının finalında Almaniya “Bavariya”sına uduzub – 0:1.


mənbə :
Report.az

"Celsi" PSJ-den ayrilan futbolcu ile muqavile imzalayir