İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Şahmat Olimpiadasında ¼ finala vəsiqə qazanıb

23-08-2020

[r32]
xeber –

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, heyətində Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız son turda Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.

Aktivində 14 xal olan yığma qrup oyunlarını birinci yerdə başa vurub. Macarıstan (14 xal) komandası ikinci, Ukrayna (13 xal) yığması isə üçüncü yerləri tutublar.


mənbə :
Report.az

Azerbaycan Sahmat Olimpiadasinda ¼ finala vesiqe qazanib