İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Premyer Liqası: Tura Qəbələdə yekun vurulur

23-08-2020

[r32]
xeber –

Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son oyun günündə 1 qarşılaşma baş tutacaq.

“Zirə” yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi görüşünü “Qəbələ”yə qarşı keçirəcək.

İndiyədək çempionatda 19 dəfə qarşılaşan tərəflərin duellərində əyalət təmsilçisi daha çox – 7 dəfə qələbə qazanıb. 8 görüş heç-heçə bitibsə, 4 oyunda “qartallar” qalib gəliblər. Topların fərqi də “qırmızı-qaralar”ın xeyirinədir – 24:16.

Son 6 görüşdə uduzmayan “Qəbələ” 5 matçdır meydanı qolsuz tərk etmir. “Zirə” isə səfərdə 7 oyundur qalib gəlmir.

Azərbaycan Premyer Liqası
I tur
23 avqust (bazar)
19:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə avqustun 21-də start verilib. Açılış turunda “Keşlə” səfərdə “Sumqayıt”ı 1:0, “Neftçi” isə evdə “Səbail”i 2:1 hesabı ilə məğlub edib. Avqustun 22-də keçirilmiş “Qarabağ” – “Sabah” matçında isə son çempion inamlı qələbə qazanıb – 2:0.


mənbə :
Report.az

Azerbaycan Premyer Liqasi: Tura Qebelede yekun vurulur