İçeriğe geçmek için "Enter"a basın

UEFA Avropa Liqasının finalındakı qələbə qolunun müəllifini dəyişdirdi

22-08-2020

[r32]
xeber –

UEFA İspaniya “Sevilya”sı ilə İtaliya “İnter”i arasında Avropa Liqasının final oyununda vurulmuş sonuncu qolun müəllifini dəqiqləşdirib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, qol Milan təmsilçisinin hücumçusu Romelu Lukakunun aktivinə yazılıb.

Matçın 74-cü dəqiqəsində La Liqa klubunun futbolçusu Dieqo Karlosun baxımlı zərbəsindən sonra top belçikalı forvardın ayağına dəyərək qapıya daxil olub. Qitə futbol qurumu əvvəlcə matçın protokolunda qolun müəllifi kimi braziliyalı müdafiəçini göstərsə də, sonradan bunu avtoqol kimi qeydə alıb.

Xatırladaq ki, finalda “İnter”i 3:2 hesabı ilə məğlub edən “Sevilya” 6-cı dəfə Avropa Liqasının qalibi olub.


mənbə :
Report.az

UEFA Avropa Liqasinin finalindaki qelebe qolunun muellifini deyisdirdi