İçeriğe geçmek için "Enter"a basın

"Neftçi"nin rəqibi liderliyə yüksəldi

21-08-2020

[r32]
xeber –

“Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya “Şkupi” ölkə çempionatında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Skopye təmsilçisi III tur çərçivəsində səfərdə “Belasitsa” ilə qarşılaşıb.

Qonaqlar 89 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran “Şkupi” liderliyə yüksəlib.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” oyunu avqustun 27-də baş tutacaq. “Bakcell Arena”dakı görüş saat 20:00-da start götürəcək. 


mənbə :
Report.az

"Neftci"nin reqibi liderliye yukseldi