İçeriğe geçmek için "Enter"a basın

"Keşlə" son dəqiqə qolu ilə "Sumqayıt"a qalib gəldi

21-08-2020

[r32]
xeber –

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start verilib.

“Report”un məlumatına görə, açılış matçında “Sumqayıt” və “Keşlə” komandaları üz-üzə gəliblər. Avrokubok iştirakçılarının “Kapital Bank Arena”dakı görüşünün taleyini bir qol həll edib.

İlk hissədə “Sumqayıt”ın heyətində Rəhim Sadıxov penaltini qola çevirə bilməyib. Onun zərbəsi qapı tirinə tuş gəlib.

90+4-cü dəqiqədə isə Azər Salahlı mövsümün ilk qolunu vuraraq “Keşlə”yə səfərdə qələbə qazanıdırıb.

Günün ikinci matçı saat 20:30-da “Bakcell Arena”da baş tutacaq. “Neftçi” doğma meydanda “Səbail”i sınağa çəkəcək.

Qeyd edək ki, turun digər matçı avqustun 22-də olacaq. Son çempion “Qarabağ” “Sabah”la görüşəcək. Tura avqustun 23-də “Qəbələ” – “Zirə” dueli ilə yekun vurulacaq.


mənbə :
Report.az

"Kesle" son deqiqe qolu ile "Sumqayit"a qalib geldi