İçeriğe geçmek için "Enter"a basın

Oğuzda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

21-08-2020

[r32]
xeber –

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Oguzda avtomobil asib, 3 nefer xesaret alib