İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ" - "Sabah" oyunu FIFA hakiminə tapşırıldı

21-08-2020

[r32]
xeber –

Azərbaycan Premyer Liqasının I turunda sabah keçiriləcək “Qarabağ” – “Sabah” oyununa təyinatlar açıqlanıb.

“Report” PFL-in saytına istinadən xəbər verir ki, görüşü FIFA referisi Rəhim Həsənov idarə edəcək.

22 avqust (şənbə)

20:00. “Qarabağ” – “Sabah”
Hakimlər:
Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”

Qeyd edək ki, ilk tura avqustun 23-də keçiriləcək “Qəbələ” – “Zirə” görüşü ilə yekun vurulacaq.


mənbə :
Report.az

"Qarabag" – "Sabah" oyunu FİFA hakimine tapsirildi