İçeriğe geçmek için "Enter"a basın

"Sabah"ın futbolçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

21-08-2020

[r32]
xeber –

“Artıq 5 aydır ki, rəsmi matçlara çıxmırıq. Bizim üçün çempionat sabahdan başlayır”. 

Bu fikirləri “Report”a açıqlamasında “Sabah”ın futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının I turunda səfərdə “Qarabağ”la matç barədə danışarkən deyib. 

27 yaşlı cinah müdafiəçisi çempionatdakı ilk matçların həmişə çətin olduğunu bildirib. Alxasov “Qarabağ”la matça qələbə üçün çıxacaqlarını söyləyib.

Qeyd edək ki, avqustun 22-də keçiriləcək “Qarabağ” – “Sabah” matçı saat 20:00-da başlayacaq. 


mənbə :
Report.az

"Sabah"in futbolcusu: "Qarabag"la oyuna qelebe ucun cixacagiq"