[r32]
xeber –
Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib.
“Report”un məlumatına görə, hadisə çempionatın 26-cı turunda səfərdə “Əl-Əhli” ilə matçda baş verib. 35 yaşlı hücumçu 12-ci dəqiqədə huşunu itirib.
Fransalı forvard həkimlərin müdaxiləsindən sonra qarşılaşmaya davam edib və sonadək meydanda olub.
Qeyd edək ki, “Əl-Əhli” görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. Bafetimbi Qomis 2017/2018 mövsümündə Türkiyə təmsilçisi “Qalatasaray”da çıxış edib. O, həmin dönəmdə “Kasımpaşa” ilə matçda da eyni aqibətlə üzləşib.
Qomis ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında yerə yıxılıb və həkimlər ona huşunu itirmə diaqnozu qoyub.
Dramático lo de Bafetimbi Gomis hoy en Arabia. Lo más insólito es que lo dejaron volver y terminó el partido. Esto pasó recién a los 12 minutos. Inconsistencia de los médicos para mi.
pic.twitter.com/X07OOBlqCO— ðÃððð â½ (@InakiFutbol) August 21, 2020
mənbə :
Report.az