İçeriğe geçmek için "Enter"a basın

"Fənərbağça" "Qalatasaray"ın sabiq futbolçusunu transfer etdi

19-08-2020

[r32]
xeber –

Türkiyə “Fənərbağça”sı heyətinə yeni futbolçu qatıb.

“Report” “TRT Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Qalatasaray”ın sabiq futbolçusu Sinan Gümüşü transfer edib.

Türkiyə millisinin üzvü 3+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 2014-2019-cu illərdə “Qalatasaray”ın formasını geyinmiş Sinan Gümüş ötən yay İtaliyanın “Cenoa” klubuna keçsə də, qış fasiləsində “Antalyaspor”a icarəyə verilib.


mənbə :
Report.az

"Fenerbagca" "Qalatasaray"in sabiq futbolcusunu transfer etdi