[r32]
xeber –
“Zənnimcə, yaxşı oyuna baxdıq. “Qarabağ” çox güclü komandadır”.
“Report”un məlumatına görə, bunu “Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bildirərkən deyib.
Bakıdakı görüşdə 0:4 hesabı ilə məğlub olan Şimali Makedoniya təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək. Qonaqların baş məşqçisi matçdan sonrakı mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: “Pis oynadığımızı düşünmürəm. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 şansımız oldu. “Qarabağ” elə komandadır ki, bir balaca boş sahə versən, asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim”.
– Hakimlikdən narazılığınız nədən irəli gəldi?
– Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi. – Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz? – Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram. – Öncədən gözlədiyiniz “Qarabağ”ı gördünüz meydanda? – İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.
mənbə :
Report.az