İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ" "Sileks"ə ilk yarıda qalib gəldi

18-08-2020

[r32]
xeber –

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki “Qarabağ” – “Sileks” matçında hesab açılıb. 

“Report”un məlumatına görə, 11-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Xayme Romero fərqlənib. İspaniyalı yarımmüdafiəçi bu mövsüm Azərbaycan klublarının avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb. 

20:11

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki “Qarabağ” – “Sileks” matçı başlayıb. 

“Report”un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb.

20:40 UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki “Qarabağ” – “Sileks” matçında hesab dəyişib. “Report”un məlumatına görə, 40-cı dəqiqədə “Qarabağ”ın futbolçusu Donald Gerye 2-ci topu rəqibin qapısından keçirib.
20:47

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki “Qarabağ” – “Sileks” matçında ilk hissə başa çatıb. 

“Report”un məlumatına görə, birinci hissədən sonra Ağdam təmsilçisi 2:0 hesabı ilə öndədir.

Qolları 12-ci dəqiqədə Xayme Romero, 40-cı dəqiqədə Donald Gerye vurublar.



mənbə :
Report.az

"Qarabag" "Sileks"e ilk yarida qalib geldi