[r32]
xeber –
“Neftçi” və “Sumqayıt”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibləri olan Makedoniyanın “Şkupi” və “Şkendiya” komandalarının ölkə çempionatındakı oyunlarının vaxtı dəyişdirilib.
“Report” “Sportmedia” nəşrinə istinadən xəbər verir ki, klubların istəyini nəzərə alan yerli federasiya avqustun 23-nə planlaşdırılan qarşılaşmaların 2 gün tez keçirilməsinə icazə verib.
“Şkupi” səfərdə “Belaşitsa”, “Şkendiya” isə “Makedoniya GJP” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 27-də oynanılacaq “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” görüşləri saat 20:00-da start götürəcək.
mənbə :
Report.az