İçeriğe geçmek için "Enter"a basın

"Neftçi"nin sabiq futbolçusu Rumıniyada klubunu dəyişdi

15-08-2020

[r32]
xeber –

“Neftçi”nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubu müəyyənləşib. 

“Report”un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Rumıniyanın əsas liqasına vəsiqə qazanan “Arceş”ə keçib. 

Paraqvaylı oyunçu ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Derlis Meza Kolli son olaraq Rumıniyanın “Petrolul” klubunun formasını geyinib. 2017/2018 mövsümündə “Neftçi”də çıxış etmiş yarımmüdafiəçi Azərbaycanda “İnter” (hazırkı “Keşlə”) və “Qəbələ”nin də şərəfini qoruyub. O, “Keşlə”nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır. 


mənbə :
Report.az

"Neftci"nin sabiq futbolcusu Ruminiyada klubunu deyisdi