İçeriğe geçmek için "Enter"a basın

"Sumqayıt" klubu hücumçu ilə müqavilə imzaladı

14-08-2020

[r32]
xeber –

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” komandası heyəti yeni futbolçu ilə gücləndirib. 

Klubun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, son olaraq İran təmsilçisi “Sepahan”da çıxış edən Əli Qurbani ilə müqavilə imzalanıb. 

29 yaşlı forvard 1+1 illik müqaviləyə qol çəkib. 

Qeyd edək ki, Əli Qurbani karyerası ərzində ölkəsində “Nassaci”, “Qahar”, “Naft Tehran”, “Esteqlal” klublarının da formasını geyinib. Hücumçu 2018/2019 mövsümündə Slovakiyanın “Spartak” (Trnava) klubunun şərəfini qoruyub. 


mənbə :
Report.az

"Sumqayit" klubu hucumcu ile muqavile imzaladi