İçeriğe geçmek için "Enter"a basın

"Qalatasaray" və "Beşiktaş" heyətinə yeni futbolçular qatıb

12-08-2020

[r32]
xeber –

Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klubları heyətlərini yeni futbolçularla gücləndiriblər.

“Report” İstanbul təmsilçilərinin rəsmi saytına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” “Sivasspor”la müqaviləsi başa çatan Emre Kılınçı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Beşiktaş” isə “Alanyaspor”dan Fabris Nsakalanın keçidini həll edib. Konqolu müdafiəçi 2+1 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Superliqasında 2019/2020 mövsümünü 6-cı, “Beşiktaş” isə 3-cü pillədə başa vurub.


mənbə :
Report.az

"Qalatasaray" ve "Besiktas" heyetine yeni futbolcular qatib