İçeriğe geçmek için "Enter"a basın

DÇ-2022: Seçmə mərhələ matçları növbəti dəfə təxirə salındı

12-08-2020

[r32]
xeber –

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb. 

“Report” Asiya Futbol Konfederasiyası (AFC) rəsmi saytına istinadən xəbər verir ki, oktyabr – noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə olacaq. 

Bunlar əlavə, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə düşüb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib. 

Təxirlə salınan qarşılaşmaların tarixləri daha sonra açıqlanacaq. 

Qeyd edək ki, daha əvvəl 23 – 31 mart və 1 – 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr – 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.


mənbə :
Report.az

DC-2022: Secme merhele matclari novbeti defe texire salindi