İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

12-08-2020

[r32]
xeber –

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılacaq. 

“Report”un məlumatına görə, mərasim AFFA-nın inzibati binasında baş tutacaq. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq. 

Qeyd edək ki, 2020/2021 mövsümündə “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” mübarizə aparacaq.


mənbə :
Report.az

Azerbaycan Premyer Liqasi: Yeni movsumun pusku atilacaq