İçeriğe geçmek için "Enter"a basın

DİN-dən fotolarla bağlı açıqlama

11-08-2020


[r32]
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və “Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır:

“Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.
[r32]

Açıqlamadan sonra Hebib Müntezir-in Facebook-da paylaşımında diqqət yetirdiyi mövzu isə

“Şəkildəki DİN gerbi necə? O da dünyanın istənilən yerində var?”


DİN-dən fotolarla bağlı açıqlama