İçeriğe geçmek için "Enter"a basın

Avropa Liqası: "Keşlə"nin matçı Bakıda keçirilməyə bilər

11-08-2020

[r32]
xeber –

“Bizim üçün adi oyun olacaq və qarşılaşma azarkeşsiz keçiriləcək. Düşünürəm ki, bu səbəbdən meydan amili matça təsir etməyəcək”.

“Report” xəbər verir ki, bu fikirləri “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Laçi” klubunun direktoru Naim Halili “Panorama” nəşrinə açıqlamasında deyib.

Funksioner komandasının mərhələ adlayacağına inandığını söyləyib: “Evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdir”.

Klub rəsmisi “Keşlə”ni az da olsa tanıdığını vurğulayıb: “İki il əvvəl Mladen Milinkoviç orada işləyirdi və bəzi matçlarını izləmişəm”.

Halili deyib ki, Azərbaycana girişlə bağlı məhdudiyyətlər olduğu üçün, matçın başqa ölkədə keçirilməsi mümkündür: “Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və hər şey müəyyənləşəcək”. 

Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də Bakıda keçirilməlidir.


mənbə :
Report.az

Avropa Liqasi: "Kesle"nin matci Bakida kecirilmeye biler