[r32]
xeber –
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali Makedoniyanın “Sileks” klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.
“Report” “Sportmedia” nəşrinə istinadən xəbər verir ki, Kratovo təmsilçisi Azərbaycan paytaxtına avqustun 17-də səhər saatlarında çarter reysi ilə uçacaq.
Həmin gün matçın keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi məşqə çıxacaq komanda qarşılaşmadan dərhal sonra isə Şimali Makedoniyaya qayıdacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də keçiriləcək və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.
mənbə :
Report.az