İçeriğe geçmek için "Enter"a basın

"Keşlə"nin baş məşqçisi: "Rəqib yaxşı futbolçulara malikdir"

10-08-2020

[r32]
xeber –

“Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq”.

“Report”un məlumatına görə, bu fikirləri “Keşlə”nin baş məşqçi əvəzi Zaur İsmayılov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində Albaniya “Laçi”si ilə matçı dəyərləndirərkən deyib. 

Mütəxəssis artıq rəqibi analiz etməyə başladıqlarını söyləyib. İsmayılov “Laçi”nin çox yaxşı futbolçulara malik kollektiv olduğunu söyləyib: “Bütün xəttlərdə güclü oyunçuları var”.

Qeyd edək ki, “Keşlə” – “Laçi” matçı avqustun 27-də “ASK Arena”da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.


mənbə :
Report.az

"Kesle"nin bas mesqcisi: "Reqib yaxsi futbolculara malikdir"