İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı futbolçu "Neftçi"nin rəqibinə transfer oldu

10-08-2020

[r32]
xeber –

Azərbaycan millisinin, “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. 

“Report”un məlumatına görə, 28 yaşlı müdafiəçi Şimali Makedoniyanın “Şkupi” komandasına keçib. Klub hələlik onunla imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, “Şkupi” “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibidir. “Neftçi” – “Şkupi” matçı avqustun 27-də “Bakcell Arena”da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.



mənbə :
Report.az

Azerbaycanli futbolcu "Neftci"nin reqibine transfer oldu