İçeriğe geçmek için "Enter"a basın

Monteneqro - Azərbaycan matçının stadionu bəlli oldu

10-08-2020

[r32]
xeber –

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. 

“Report” UEFA-nın rəsmi saytına istinadən istinadən xəbər verir ki, Faruk Hacibeqiçin baş məşqçi olduğu komanda oktyabrın 10-da Azərbaycan yığmasını “Podgorica City Stadium”da qəbul edəcək. 

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Kipr yığması ilə də qarşılaşacaq. Monteneqronun turnirdəki ilk iki matçı səfərdə olacaq. 


mənbə :
Report.az

Monteneqro – Azerbaycan matcinin stadionu belli oldu