İçeriğe geçmek için "Enter"a basın

Avropa Liqası: 1/4 final mərhələsinin oyunları keçiriləcək

10-08-2020

[r32]
xeber –

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. 

“Report”un məlumatına görə, cütlərin taleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək. 

İlk oyun günündə iki qarşılaşma oynanılacaq. İngiltərənin “Mançester Yunayted” komandası Kölndə Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək. İtaliya “İnter”i isə Dusseldorfda Almaniya “Bayer”inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq. 

Avropa Liqası

1/4 final mərhələsi 

10 avqust

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 

23:00 “İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə, Ukrayna “Şaxtyor”u isə İsveçrə “Bazel”i ilə münasibətlərə aydınlıq gətirəcək. 


mənbə :
Report.az

Avropa Liqasi: 1/4 final merhelesinin oyunlari kecirilecek