[r32]
xeber –
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Makedoniyanın “Sileks” komandasını keçəcəyi təqdirdə, 7 komandadan biri ilə üz-üzə gələcək. Bunlar Danimarkanın “Midtüllann” klubu, eləcə də “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq), “Konnas Ki” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina) və “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) cütlərinin qaliblərindən biri olacaq.
“Qarabağ” səpələnmişlər səbətində yer alacağından, daha aşağı reytinqlilərdən ibarət səpələnmişlər səbətindəki komandaya rəqib olacaq.
Qeyd edək ki, avqustun 10-da keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
mənbə :
Report.az